AZ

Politoloq: Trampın təklifi ilə razı olmaq indiki məqamda çətin olsa da, Ukrayna üçün zəruri bir addımdır...

Putinin Ukraynaya qarşı müharibəni dayandırmaq üçün tələbləri yayımlanıb...

Turan Rzayev: “Əslində, Trampın yanaşması məntiqsiz yanaşma deyil və bunu analoqu da əvvələr olub”.

“Faktiki olaraq Rusiya və Putin də müharibənin bu tonda davam etməsinin məntiqsizliyini dərk edir. Buna görə də, belə bir variant təklif edir”.

Bu sözləri politoloq Turan Rzayev Ukrayna ilə bağlı təklif edilən razılaşmanı Poliqon-a şərh edərkən qeyd edib.

“Reuters” Agentliyi Rusiya Prezidenti Vladimir Putinin amerikalı həmkarı Donald Trampla Alyaskadakı görüşdə Ukraynaya qarşı müharibəni dayandırmaq üçün tələblərini yayımlayıb. Ukrayna prezidenti bu tələbləri qəbul etməyəcəyini və Donbasdan geri çəkilməyəcəyini artıq bəyan edib. Fransa prezidenti Emmanuel Makron isə bu tələbləri kapitulyasiya olaraq dəyərləndirib. ABŞ isə Zelenskidən ərazilərini Rusiyaya de-fakto da olsa verməyi tələb edir və buna görə də məsuliyyəti məhz Zelenskinin üzərinə qoyur. Bu gün də Ağ Evdə Tramp-Zelenski və Tramp Avropa liderləri zirvəsi baş tutacaq.

Bu təmaslardan gözləntilər nə ola bilər? Tramp Zelenski və Avropa liderlərini təslim olmağa zorlayaraq, Ukraynada müharibəni bitirə biləcəkmi? Digər tərəfdən, müharibə Putinin şərtləri ilə bitərsə, Avropanın gələcəyi necə görünür?

Ukrayna-Rusiya müharibəsini indiki mərhələsini Poliqon-nun əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Azərbaycan 30 ildən sonra torpaqlarını işğaldan azad edib və bunu demək olar heç bir Qərb ölkələrinin dəstəyi olmadan həyata keçirib. Əgər bunu Azərbaycan başara bilibsə, Ukrayna da gələcəkdə edə bilər”.

Ukraynanı Ukrayna edən onun xalqı, gələcəyi olduğunu qeyd edən politoloq Ukraynanın gələcəyi naminə belə razılaşmaya gelməli olduğunu düşünür:

“Əslində, Donald Trampın bele bir təklif verməsinin başlıca səbəbi ondan ibarətdir ki, müharibə davam edir və müharibə dayandıma laımdır. Müharibə davam etdikcə insan itkiləriiə yanaşı xərclər də artır. Yəni, xərcləri də böyük ölçüdə Avropa dövlətləri və ABŞ qarşılayır. Faktiki olaraq, qarşı tərəfdə tək Rusiya itirdiyi halda, bu biri tərəfdə bir çox Avropa ölkələri itirir.

Əslində, Trampın yanaşması məntiqsiz yanaşma deyil və bunu analoqu da əvvələr olub. Prinsip etibarilə ilə, de-fakto razılaşmadan söhbət gedir. Orada deyilmir ki, siz bu ərazilərin işğalını tanıyın. Sadəcə mövcud vəziyyət çərçivəsində bir atəşkəs razılaşması əldə edilməyə çalışılır və Trampın yanaşması məncə Rusiyanın da maraqlarına xidmət etmir. Sadəcə, bu durumun indiki məqamda davam edə bilməyəcəyini fərqindədir. Tramp əslində burada ağılı davranış sərgiləyirlər. Yəni faktiki olaraq Rusiya və Putin də müharibənin bu tonda davam etməsinin məntiqsizliyini dərk edir. Buna görə də, belə bir variant təklif edir.

Müqayisə üçün deyək ki, Azərbaycan da 1990-cı illərdə atəşkəs razılaşması imzaladı və bu faktiki olaraq de-yure razılaşma idi. Yəni, həmin dövrə uyğun olaraq torpaqlarının işğal dövrü ilə razılaşdı. Amma Azərbaycan bu de-yure iğalın nəticələrini birmənalı olaraq qəbul etməmişdi. Həm də o vaxt, BMT-nin qətnamələr də var idi deyə, bir rahatlıq da var idi. Yeri gəlmişkən onu nəzərə almaq lazımdır ki, Azərbaycanda bu sazişi mərhum prezident Heydər Əliyev imzalayıb. Hər bir halda ümumilider bu məsələnin gələcəyini düşünərək belə bir addım atmışdı. Həqiqətən də, biz 30 il sonra torpaqlarımızın azad olunmasının şahidi olduq. Özü də nəinki, ətraf rayonlar, hətta Qarabağı da azad etdik və Vaşinqton görüşündən sonra dəhlizin açılması xəbərini də aldıq. Yəni, bunda da nail ola bildik.

Bu qədər razılaşmanı Azərbaycan kimi balaca ölkə əldə edibsə, hər halda Qərbin dəstəyinin alan Ukrayna da edə bilər. Mənə elə gəlir ki, Trampın demək istədiyi əslində məhz budur.

Turan Rzayev: “Əgər Ukrayna tərəfi inadkar mövqe sərgiləsə, bu Ukrayna üçün heç bir gələcək vəd etməyəcək”.

Cənab prezidentin Şuşa Qlobal Forumunda qeyd etdiyi kimi Ukrayna xalqı işğalla barışmayaq fikri də buna söykənirdir. Yəni, əslində mövcud şərtlər çərçivəsində belə bir səzişin imzalaması məntiqə uyğundur. O vaxta qədər ki, Putinin prezidentlikdən gedəcək, bundan sonra artıq atılacaq addımları müzakirə etmək lazımdır. Ukrayna dirənib və şübhəsiz torpaqları uğrunda döyüşən yüzlərlə əsgərin qəhrəmanlığını şahidi olmuşuq və heç bir şey bir ölkənin torpaqlarını itirməsi anlamına gəlmir. Amma hər halda oturub düşünmək lazımdır ki, taktiki geri çəkilməmi daha uğurlu nəticə gətirə bilər, yoxsa pin qələbəsimi? Yəni, məğlubiyyətə bərabər bir qələbə, ölkənin nüfuzunun qırılmasına əsaslanan bir müharibə gələcəkdə o torpaqlar Ukraynanın olsa belə, ona fayda verməyəcək. Çünki torpaq və dövlət vətəndaş üçündür. Əgər vətəndaş qırılırsa, artım tempi aşağı düşürsə, o zaman taktiki olaraq o torpağın heç bir əhəmiyyəti yoxdur. Yəni, Ukraynanı Ukrayna edən onun xalqıdır, gələcəyidir. Hesab edirəm ki, Ukraynanın gələcəyi naminə belə razılaşmaya getməlidir.

Yenə qeyd edirəm ki, Azərbaycan iyirmi ildən sonra torpaqlarını işğaldan azad edib və bunu demək olar heç bir Qərb ölkələrinin dəstəyi olmasan həyata keçirib. Əgər bunu Azərbaycan edibsə, Ukrayna da gələcəkdə edə bilər. Unutmamaq lazımdır ki, Rusiyanın başına heç də hər zaman Putin, Stalin, Pyotr kimi liderlər olmur. Eyni zamanda Rusiyanın başında Andropov, Qarbaçov, Boris Yeltsin kimi daha aşağı patriota sahib şəxslər də olur. Onu da qeyd etmək lazımdır ki, məhz Boris Yeltsinin dövrdə ovuc boyda Çeçenistana Rusiya məğlub oldu. Bu reallıqları unutmamaq lazımdır. Nəzərə almaq lazımdır ki, Rusiyanın başına yenə gec-tez zəif iradəli şəxs keçəcək. O zamana qədər Ukrayna hazır olmalı və məhz ondan sonra torpaqlarını işğaldan azad etməyə başlamalıdır. Mən prosesin gələcəyini bu yöndə görürəm.

Əgər Ukrayna tərəfi inadkar mövqe sərgiləsə, bu Ukrayna üçün heç bir gələcək vəd etməyəcək. Bu gün Tramp birmənalı şəkildə demir ki, torpaqların işğalına razı olun. Sadəcə bunun müvəqqəti olduğunu bildirir. Böyük ehtimalla, prezident Bayden olsaydı o da bələ şey edəcəkdi. ABŞ-da fərdlərin apardığı siyasət anlayışı yoxdur. Biz bəzən bunu yanlış anlayırıq. ABŞ-da uzun vədəli siyasi xətt olur, o xətt üzrə də dövlətin siyasi müəyyən olunur.

Çox sadə misal gətirim. Azərbaycanla Ermənistan arasında Zəngəzur dəhlizi məsələsi 99 il Tramp keçidi olacağı deyildir. Yəni, düşünün 99 il sonrasını hesab aparan bir ABŞ-dan bəhs edirik. Məgər ABŞ Ukrayna məsələsində bunu düşünməyib? Rusiya ABŞ-nin rəqibdir və bu dəyişməyəcək. Buna görə də, Rusiyanın bu qədər böyük olması ABŞ və qlobal Qərbin həmişə maraqlarına zidd olub. Buna görə də, Rusiya böyük ölçüdə yenidən parçalamaq siyasəti ilə üzləşə bilər. Ancaq bunun üçün ilk növbədə Rusiyanın başında daha zəif iradəli şəxsin olması lazımdır. Putinin hakimiyyətdə olduğu təqdirdə, Ukraynanın qələbə qanaması mümkünsüzdür. Bunu Kiyev mütləq nəzərə alınmalıdır. Hesab edirəm, Trampın təklifi ilə razı olmaq indiki məqamda çətin olsa da, faktiki olaraq, zəruri bir addımdır”.

Nərminə Umudlu

Poliqon.info

 

Seçilən
61
22
poliqon.info

10Mənbələr