EN

Çanaqqalada meşə yanğını baş verib

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Çanaqqalada əkinçilik sahəsində başlayan və meşəlik ərazilərə yayılan yanğınla havadan və qurudan intensiv mübarizə aparılır.

TurkicWorld xəbər verir ki, Sarıcaeli kəndində hələ məlum olmayan səbəbdən başlayan yanğın küləyin təsiri ilə sürətlə yayılıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürmə qrupları alovları nəzarət altına almaq üçün havadan və qurudan əməliyyatlar həyata keçirir. Yanğınsöndürən təyyarələrin manevr imkanlarını artırmaq üçün Çanaqqala boğazı şimaldan cənuba bir istiqamətdə gəmiçiliyə bağlanıb.

Qeyd edək ki, Çanaqqala valisi Ömər Toraman şəhər mərkəzinə təhlükə olmadığını, Sarıcaeli kəndində təxliyə aparılmadığını bildirib. Yalnız Radar yolu üzərindəki Kule ərazisi və Sarıcaelidə yerləşən qocalar üçün qayğı mərkəzi təxliyə edilib. Kalabalı kəndi üçün qabaqlayıcı tədbirlər görülsə də, hazırda orada da təxliyə yoxdur.

Chosen
48
40
turkic.world

10Sources