AZ

Çanaqqalada meşə yanğını baş verib

İstanbul, 8 avqust, Günel Karatepe, AZƏRTAC

Türkiyənin Çanaqqala vilayətinin mərkəzə yaxın bölgəsində meşə yanğını baş verib.

AZƏRTAC xəbər verir ki, əkin sahəsindən meşəyə keçən yanğın güclü küləyin təsiri ilə qısa müddətdə geniş əraziyə yayılıb.

Yanğına hava və qurudan müdaxilə edilir. Yanğınsöndürmə təyyarələrinin işinə mane olmamaq üçün Çanaqqala boğazında gəmilərin hərəkəti müvəqqəti dayandırılıb.

Hadisə ilə bağlı açıqlama verən Çanaqqala valisi Ömər Toraman yanğının şəhər mərkəzi üçün təhlükə yaratmadığını bildirib. Lakin bəzi yerlərdə insanların təxliyə olunduğunu deyib.

Seçilən
25
40
azertag.az

10Mənbələr