EN

İsrailin Təhlükəsizlik Kabineti Qəzzanın işğalı planını təsdiqlədi - ÖZƏL

İsrailin Təhlükəsizlik Kabineti Qəzza şəhərinə nəzarətin qurulmasını nəzərdə tutan planı təsdiqləyib. Daha əvvəl baş nazir Benyamin Netanyahu bütün Qəzza zolağına nəzarət qurmaq niyyətində olduğunu bildirsə də, bu dəfə təsdiqlənən plan yalnız  ən böyük şəhəri olan Qəzza şəhərini əhatə edir. Olaylar.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Nəşrin məlumatına görə, Netanyahunun dəftərxanası bildirib ki, Nazirlər Kabinetinin iclasında Qəzza şəhərinin işğalı və müharibənin dayandırılması ilə bağlı beş prinsip təqdim olunub. Plan əksər səslə qəbul edilib. Netanyahunun dəftərxanasının yaydığı bəyanatda qeyd olunur:
"İsrail Müdafiə Ordusu Qəzza şəhərinə nəzarətin qurulmasına hazırlaşacaq və eyni zamanda döyüş bölgələrindən kənarda olan mülki əhaliyə humanitar yardım göstərəcək".
Sənəddə müharibənin dayandırılması üçün beş əsas prinsip açıqlanır:
1. HƏMAS-ın silahsızlaşdırılması;
2. Bütün girovların - həm sağ, həm də həlak olmuş şəxslərin  geri qaytarılması;
3.Qəzza zolağının demilitarizasiyası;
4.İsrailin Qəzzaya nəzarəti;
5.HƏMAS və ya Fələstin Muxtariyyəti ilə əlaqəsi olmayan alternativ mülki hökumətin yaradılması. BMT daha əvvəl xəbərdarlıq etmişdi ki, hərbi əməliyyatların gərginləşməsi fələstinli mülki əhali və israilli girovlar üçün fəlakətli nəticələrə səbəb ola bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
127
50
olaylar.az

10Sources