AZ

Avropa Şurasının sədri İsraili Qəzzanın işğalı qərarını yenidən nəzərdən keçirməyə çağırıb

Avropa Şurasının sədri Antoniu Koşta İsrail hökumətinə xəbərdarlıq edib ki, Qəzza şəhərinə nəzarəti ələ keçirmək qərarı zolaqda onsuz da ağır olan vəziyyəti daha da pisləşdirəcək.

"Report" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Mən İsrail hökumətini Qəzza şəhərini ələ keçirmək qərarına yenidən baxmağa çağırıram. Qəzza zolağında vəziyyət dramatik olaraq qalır və İsrail hökumətinin qərarı onu daha da pisləşdirəcək", - paylaşımda qeyd olunur.

Koşta qeyd edib ki, belə bir əməliyyat Qərb sahilində (İordan çayı) yaşayış məntəqələrinin davam edən qeyri-qanuni genişləndirilməsi, Qəzza zolağında kütləvi dağıntılar, humanitar yardımların blokadası və aclığın yayılması ilə yanaşı, nəinki Avropa İttifaqı ilə razılaşmanı pozur, həm də beynəlxalq hüququn fundamental prinsiplərini və ümumbəşəri dəyərləri sarsıdır”.

O, İsrail hökumətinin bu qərarının Aİ ilə İsrail arasında münasibətlərə təsir edəcəyini vurğulayıb.

Bununla yanaşı, Kosta qeyd edib ki, Aİ HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumunu pisləyir, bütün girovların qeyd-şərtsiz azad edilməsini tələb edir, İsrailin qanuni özünümüdafiə hüququnu tanıyır, eyni zamanda Fələstin Milli Administrasiyasının ərazi üzərində effektiv nəzarətin qurulmasında dəstək verir.

İsrailin baş naziri Benyamin Netanyahunun ofisi təsdiqləyib ki, təhlükəsizlik kabineti onun Qəzza şəhəri üzərində hərbi nəzarət yaratmaq planını təsdiqləyib.

Bununla yanaşı, Koşta qeyd edib ki, Aİ HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumunu pisləyir, bütün girovların qeyd-şərtsiz azad olunmasını tələb edir, İsrailin qanuni özünümüdafiə hüququnu tanıyır, eyni zamanda Fələstin Milli Administrasiyasının ərazi üzərində effektiv nəzarətin qurulmasında dəstək verir.

İsrailin baş naziri Benyamin Netanyahunun Dəftərxanası təsdiqləyib ki, Təhlükəsizlik Kabineti onun Qəzza şəhəri üzərində hərbi nəzarət yaratmaq planını bəyənib.

Seçilən
81
50
report.az

10Mənbələr