AZ

Belçika İsrailin Qəzzanı ələ keçirmək planlarını pisləyib, səfirini XİN-ə çağırıb » AzadMedia.az


Belçika İsrailin Qəzza şəhəri və Qəzza zolağının tamamilə ələ keçirilməsi ilə bağlı elan edilmiş planlarından və davam edən müstəmləkəçilikdən narahatlığını ifadə etmək üçün İsrailin Belçikadakı səfiri İdit Rosentsveyq-Abunu Xarici İşlər Nazirliyinə çağırıb.

Belçika XİN-in bəyanatında belə hərəkətlərin beynəlxalq hüququn pozulması və qəbuledilməz olduğu vurğulanıb.

“Biz atəşkəs və iki dövlət həllinə əsaslanan davamlı sülh həlli üçün istənilən perspektivləri təhlükə altına qoyan bu planlara qətiyyətlə qarşı çıxmalıyıq”, - Belçikanın xarici işlər naziri Maksim Prevost bildirib.

İsrailin Baş naziri Bimyamin Netanyahunun Qəzza zolağının, o cümlədən Qəzza şəhəri və qaçqın düşərgələrinin tam nəzarətə götürülməsinə dair çağırışı bütün dünyada narahatlıq və narazılıq yaradıb.

“HƏMAS terror qruplaşmasını məhv etmək istəyi qanuni olsa da, bu, onsuz da çox uzun olan fələstinli mülki itkilərin siyahısını daha da artıracaq qeyri-mütənasib əməliyyatlar vasitəsilə həyata keçirilməməlidir”, - bəyanatda deyilir.

XİN-dən bildirilib ki, Belçika bu həftə Qəzza zolağından əksəriyyəti uşaqlar olmaqla 40-a yaxın insanı təxliyə edib. Belçika vətəndaşları və Belçikada etibarlı viza və ya yaşayış icazəsi olan insanlar da daxil olmaqla, daha 500 nəfər təxliyə siyahısındadır. Bundan əlavə, Belçika vətəndaşlarının tərəfdaşları və uşaqları təxliyə üçün dövlət yardımı almaq hüququna malikdirlər.(“Report”)
Seçilən
103
50
azadmedia.az

10Mənbələr