EN

Azərbaycan və Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət edəcək

Azərbaycan və Ermənistan liderlərinin imzalayacağı Birgə Bəyannamədə Minsk Qrupunun ləğv edilməsinə iki ölkənin ATƏT-in Baş Katibinə birgə müraciət edəcəyi təsdiqlənir.


Manset.az Trend-ə istinadən xəbər verir ki, eyni zamanda Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin və sülhün qurulmasına dair Sazişin mətni paraflanandan sonra adıçəkilən “sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün növbəti addımların atılması”nın zəruriliyi tanınır. Yəni yekun sülh sazişinin imzalanması üçün əsas tələblərdən biri – Ermənistan konstitusiyasının dəyişdirilməsinin zəruriliyi təsdiq olunur.

Qeyd edək ki, Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Birgə Bəyannamənin imzalanması gözlənilir.

Məlum olduğu kimi, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalamaq üçün 2 əsas şərti irəli sürmüşdü:

1. Minsk Qrupunun ləğvi ilə əlaqədar ATƏT-ə birgə müraciətin edilməsi;
2. Ermənistan Konstitusiyasına dəyişikliklərin edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması.

Chosen
33
17
manset.az

10Sources