Bakı. Trend:
Azərbaycan və Ermənistanın avqustun 8-də Vaşinqtondaimzalayacağı saziş sülh müqaviləsinin başlanğıcı olacaq.
Trend xəbər verirki, bunu ABŞ dövlət katibi Marko Rubio jurnalistlər üçün keçirdiyibrifinqdə bildirib.
“Daha geniş sülh gündəminə gəldikdə, prezident sülhə nailolmaqda qətiyyətlidir və sülh prezidenti olmaq istəyir. Azərbaycanvə Ermənistana gəldikdə, avqustun 8-də biz burada olacağıq və sülhmüqaviləsinin başlanğıcı olacaq sazişi imzalayacağıq”, – deyə obildirib.
Qeyd edək ki, Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev vəErmənistanın Baş naziri Nikol Paşinyan arasında, ABŞ PrezidentiDonald Trampın iştirakı ilə Birgə Bəyannamənin imzalanmasıgözlənilir.
Məlum olduğu kimi, Azərbaycan Ermənistanla sülh müqaviləsininimzalamaq üçün 2 əsas şərti irəli sürmüşdü. Birinci şərt MinskQrupunun ləğvi ilə əlaqədar ATƏT-ə birgə müraciətin edilməsi ilə,ikinci şərt - Ermənistan Konstitusiyasına dəyişikliklərin edilərəkAzərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması iləbağlıdır.
Azərbaycan və Ermənistan liderlərinin imzalayacağı BirgəBəyannamədə Minsk Qrupunun ləğv edilməsinə iki ölkənin ATƏT-in BaşKatibinə birgə müraciət edəcəyi təsdiqlənir.
Eyni zamanda Azərbaycan və Ermənistan arasında dövlətlərarasımünasibətlərin və sülhün qurulmasına dair Sazişin mətniparaflanandan sonra adıçəkilən “sazişin imzalanması vəratifikasiyasına nail olmaq üçün növbəti addımların atılması”nınzəruriliyi tanınır. Yəni yekun sülh sazişinin imzalanması üçün əsastələblərdən biri – Ermənistan konstitusiyasının dəyişdirilməsininzəruriliyi təsdiq olunur.
Vətən müharibəsindən sonra Prezident İlham Əliyev dəfələrləbəyan etmişdir ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quruyolla maneəsiz keçidi təmin edilməlidir. Dövlət başçımızın butələbi də Ermənistan tərəfindən qəbul edildi.
Belə ki, imzalanacaq Birgə Bəyannamədə ölkəmizin əsas hissəsiilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olunur.Beləliklə, Zəngəzur Dəhlizi reallaşır.