EN

Zəngəzur dəhlizində əsl söz sahibi kim olacaq? Politoloqdan ilginc ŞƏRH

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Trampın avqustun 8-də Ağ Evdə Azərbaycan lideri İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda görüşü gözlənilir.

Bu görüş sülhə nail olmaq yolunda mühüm diplomatik addım kimi qiymətləndirilir.

Məlumata əsasən, görüş zamanı ölkələr arasında sülh sazişinin elan olunması da istisna edilmir.

Gununsesi.info-ya danışan politoloq Əziz Əlibəyli mövzunu belə şərh edib.

“8 avqustda Ağ Evdə Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh məsələləri üzrə növbəti danışıqlar raundu keçiriləcək. Əvvəlcə Əbu-Dabi görüşündə konkret nəticələr əldə edilməsə də, tərəflər həmin danışıq formatında sülh prosesinin davam etdirilməsinə sadiq qaldılar.

Lakin son vaxtlar iki vacib amil yeni proseslərin başlanmasına zəmin yaratdı: ABŞ-ın Zəngəzur dəhlizi ilə bağlı 99 illik ucarə təklifi və Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri.

Bu iki məsələ arasında müqayisə apararkən görürük ki, Azərbaycanın qanuni və rasional tələbləri ilə yanaşı, prosesin başqa müstəvisində Rusiya və ABŞ arasında Qafqaz uğrunda amansız rəqabət gedir. Vəziyyət o həddə çatıb ki, son bir ayda Rusiya gələcək qarşıdurmalara hazırlıq məqsədilə Gümrüdəki hərbi bazasına silah və əsgər göndərir.

Hazırda əsas sual budur: Zəngəzur dəhlizində əsl söz sahibi kim olacaq? Hərbi-siyasi gücə malik Rusiya ordusu, yoxsa siyasi-iqtisadi təsirə sahib ABŞ qüvvələri? Yoxsa ABŞ-da Rusiyanın agentura şəbəkəsinə xidmət edən senatorlar və diaspor qurumları (AnCa)?

Paşinyanın üç fərqli siyasi oyun çərçivəsində məğlubiyyətə məhkum olması fonunda, niyə o, Zəngəzur dəhlizində tətbiq ediləcək nəzarət sisteminin Naxçıvana da şamil olunmasını tələb edir? 

Yaxud, suverenliyinə təhlükə kimi təqdim edilən ABŞ-ın Zəngəzur planını qəbul etməyən Ermənistan — əslində Moskvaya yaranmaq üçün Rusiyaya səfər edən — 2025-ci ili “Suverenlik İli” elan etmiş Azərbaycan üçün bunu necə əsaslandırır? Üstəlik, məğlub vəziyyətdə…

İndi isə ikinci məsələyə diqqət edək.Amerikada keçiriləcək görüşün əsas məqsədi sülh müqaviləsi bağlamaq ola bilərmi?Prinsipcə, bu, mümkün deyil.Çünki hələ də açıq qalan çox sayda sual var və ABŞ-ın prosesdə qalmasını təmin etmək üçün çərçivə sazişi imzalanmalıdır.

Bu saziş çərçivəsində:

Zəngəzur dəhlizinin taleyi müəyyənləşəcək,

Ermənistan konstitusiyasında dəyişikliklər ediləcək,

Sülh danışıqları üçün konkret öhdəliklər müəyyənləşəcək,

Azərbaycanın regional və daxili iqtisadi, siyasi və hərbi maraqları qorunacaq”.

Politoloq vurğuayıb ki, son illər ABŞ prezidenti Donald Trampın sülhsevər lider imici yaradılır:

“Azərbaycanın rəhbəri də müharibənin onun dövründə başlamaması faktına diqqət çəkir. Bu baxımdan, sülh müqaviləsinin bağlanması istiqamətində atılan addımlar Trampın Sülh üzrə Nobel mükafatına layiq görülməsini gözləməyə əsas verir.

Ancaq sülh müqaviləsinin əsas müəllifi və imza sahibi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olacaq.

Nəticə olaraq, əgər çərçivə sazişi imzalanarsa, Nobel Sülh mükafatını Tramp ala bilər; müqavilə imzalandıqda isə onun müəllifi İlham Əliyev Nobel mükafatına layiq görülməlidir”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
151
50
icma.az

10Sources