AZ

Gürcüstan görür ki, bir çox sahələrdə Azərbaycan və Ermənistan ABŞ la münasibətləri inkişaf etdirib

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

“Azərbaycanla Ermənistan arasında Vaşinqtonda mühüm görüş keçirildi. Burada bir çox məsələlər, o cümlədən Zəngəzur dəhlizinin açılmasının razılaşdırılması baş tutdu. Təbii ki, bu, Rusiyanın Cənubi Qafqazda geosiyasi mövqeyini zəiflədir və Rusiya regiondan gedəcək”.

Bu barədə politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya xüsusilə çalışırdı ki, Zəngəzur dəhlizində nəzarəti əldə etsin, artıq o da əlindən çıxır və ABŞ regionda güclənir.

Məhəmməd Əsədullazadə

“Son vaxtlar Gürcüstan hökuməti də müəyyən qədər ABŞ və Avropadan uzaqlaşmışdı. Demək olar ki, hökumətin də Rusiyaya yönəlik addımları da fiaskoya uğradı və növbəti mərhələdə ABŞ-Gürcüstan əlaqələri də normallaşa bilər”-deyən politoloq fikrincə, artıq Gürcüstan görür ki, bir çox sahələrdə Azərbaycan və Ermənistan ABŞ-la münasibətləri inkişaf etdirib və Gürcüstan bundan kənarda qala bilməz.

“ABŞ regionda ayrı-ayrı dövlətlər şəklində yox, ümumi Cənubi Qafqaz fikri ilə yanaşır”-deyən Məhəmməd Əsədullazadə hesab edir ki, Gürcüstan hökuməti öz siyasəti ilə taleyini nəzərə alaraq, ABŞ-la münasibətləri inkişaf etdirəcək.

“Rusiyanın Ukrayna müharibəsində mövqeləri kifayət qədər zəifləyir və Gürcüstana da getdikcə nəzarət funksiyaları da sıradan çıxacaq. Bu istiqamətdə ABŞ da Gürcüstan hökumətini dəstəkləyəcək”-deyə politoloq qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
50
icma.az

10Mənbələr