EN

Çempionlar Liqası: Qarabağ səfərdə Şkendiya ya qalib gəlib

Missiya.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Şkendiya" (Şimali Makedoniya) ilə qarşılaşan "Qarabağ" qələbə qazanıb.

Missiya.Az Report-a istinadən xəbər verir ki, "Todor Proeski” stadionunda keçirilən matçda Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.

Yeganə qol 18-ci dəqiqədə Toral Bayramovun ayağına. O, Leandro Andradeya qarşı kobud oyuna görə təyin olunan penaltini qola çevirib.

Qeyd edək ki, tərəflər arasında avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq. İki görüşün nəticəsinə əsasən qələbə qazanan kollektiv pley-off mərhələsində“Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” cütünün qalibi ilə üz-üzə gələcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
47
10
missiya.az

10Sources