AZ

“Qarabağ” Şimali Makedoniya klubuna qalib gəldi

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Şkendiya" (Şimali Makedoniya) ilə qarşılaşan "Qarabağ" qələbə qazanıb.

“İki sahil” xəbər verir ki, "Todor Proeski” stadionunda keçirilən matçda Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.

Yeganə qol 18-ci dəqiqədə Toral Bayramovun ayağına. O, Leandro Andradeya qarşı kobud oyuna görə təyin olunan penaltini qola çevirib.

Qeyd edək ki, tərəflər arasında avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq. İki görüşün nəticəsinə əsasən qələbə qazanan kollektiv pley-off mərhələsində“Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” cütünün qalibi ilə üz-üzə gələcək.

Seçilən
30
10
ikisahil.az

10Mənbələr