AZ

Çempionlar Liqası: “Qarabağ” səfərdə qalib gəldi

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin “Şkendiya” (Şimali Makedoniya) – “Qarabağ”oyunu keçirilib.

Heftelik.az-ın mılumatına görı, “Todor Proeski” stadionunda keçirilən matçda Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.

Toral Bayramov 18-ci dəqiqədə Leandro Andradeya qarşı kobud oyuna görə təyin olunan penaltini qola çevirib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda bu, yeganə qol olub.

Qeyd edək ki, tərəflər arasında avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq. İki görüşün nəticəsinə əsasən qələbə qazanan kollektiv pley-off mərhələsində“Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” cütünün qalibi ilə üz-üzə gələcək.

Seçilən
30
10
heftelik.az

10Mənbələr