EN

Agentlik rəsmisi: Azərbaycana gətirilən ukraynalı uşaqların reabilitasiyası yüksək səviyyədə təşkil olunacaq

Ukraynadakı müharibədən əziyyət çəkən uşaqların ölkəmizdə reabilitasiya xidmətlərinə cəlb olunması prosesi sürətlə davam edir.

Bunu "Report"a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Bahadur Rzayev Ukraynadan Azərbaycana reabilitasiya üçün gətirilən 30 uşağın qarşılanma mərasimində deyib.

"Uşaqlar bu müddət ərzində Qəbələ Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətlərinə cəlb olunacaq, orada tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunacaqlar.

Əlavə olaraq qeyd etməliyəm ki, asudə vaxtın səmərəli təşkilinin və Azərbaycanın mədəni irsi ilə tanışlığın həyata keçirilməsi üçün Qəbələ və ətraf rayonlarda olan gəzməli-görməli yerlərə, tarixi abidələrə ekskursiyalar həyata keçiriləcək. Peşəkar həkim heyətimiz və mütəxəssislərimiz tərəfindən uşaqların reabilitasiyası yüksək səviyyədə təşkil olunacaq", - deyə B. Rzayev vurğulayıb.

Chosen
31
1
report.az

10Sources