AZ

Daha 30 ukraynalı uşaq reabilitasiya məqsədilə Azərbaycana gətirilib (FOTO)

Bakı. Trend:

Ukraynada müharibədən əziyyət çəkən uşaqların ölkəmizəgətirilərək reabilitasiya xidmətlərinə cəlb olunması davametdirilir.

Trend xəbər verirki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəkiDövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinintəşkilatçılığı ilə Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləriilə təmin edilmək üçün ölkəmizə gətirilib.

Uşaqların emosional vəziyyətlərinin stabilləşdirilməsi,cəmiyyətə inteqrasiyalarının dəstəklənməsi məqsədilə onlaraAgentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 10 günlük proqramçərçivəsində tibbi və sosial-psixoloji reabilitasiya xidmətlərigöstəriləcək. Eyni zamanda, psixoloqlar tərəfindən fərdikonsultasiyalar, qrup terapiyaları, yoqa və rəqs terapiyaməşğələləri təşkil olunacaq.

Proqram çərçivəsində uşaqlar üçün, həmçinin Qəbələ və Şəkidəkiistirahət mərkəzlərinə, eləcə də tarixi-memarlıq abidələrinəekskursiyalar nəzərdə tutulur.

Qeyd edək ki, bundan əvvəlki 7 qrupla birlikdə ümumilikdə200-dən çox ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixolojireabilitasiya xidmətləri ilə təmin edilib.

Daha
Daha
Daha
Daha
Daha
Daha
Daha
Daha
Daha
Daha
Seçilən
43
9
az.trend.az

10Mənbələr