AZ

Bahadur Rzayev: Ukraynalı uşaqların ölkəmizdə reabilitasiyası yüksək səviyyədə təşkil olunacaq

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Ukraynadakı müharibədən əziyyət çəkən uşaqların ölkəmizdə reabilitasiya xidmətlərinə cəlb olunması prosesi sürətlə davam edir. Uşaqlar bu müddət ərzində Qəbələ Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətlərinə cəlb olunacaq, orada tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunacaqlar".

Bunu Oxu.Az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Bahadur Rzayev Ukraynadan Azərbaycana reabilitasiya üçün gətirilən 30 uşağın qarşılanma mərasimində deyib.

"Qeyd etməliyəm ki, asudə vaxtın səmərəli təşkilinin və Azərbaycanın mədəni irsi ilə tanışlığın həyata keçirilməsi üçün Qəbələ və ətraf rayonlarda olan gəzməli-görməli yerlərə, tarixi abidələrə ekskursiyalar həyata keçiriləcək. Peşəkar həkim heyətimiz və mütəxəssislərimiz tərəfindən uşaqların reabilitasiyası yüksək səviyyədə təşkil olunacaq", - deyə B.Rzayev vurğulayıb.

Məhərrəm Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
1
oxu.az

10Mənbələr