EN

Tramp Rusiyadan neft aldığına görə Hindistanı hədələdi

ABŞ Prezidenti Donald Tramp Rusiyadan neft aldığına görə Hindistan üçün tarifləri əhəmiyyətli dərəcədə artıracağını bildirib.

Moderator.az-ın xəbərinə görə, Ağ Evin rəhbəri bu barədə "Truth Social" platformasında yazıb.

"Hindistan nəinki xeyli miqdarda Rusiya nefti alır, həm də əldə etdiyi neftin böyük hissəsini açıq bazarda yüksək qazancla satır", - deyə o vurğulayıb.

Tramp əlavə edib ki, Ukraynada Rusiyanın hərbi maşını ucbatından nə qədər insanın həlak olması onları maraqlandırmır:

"Buna görə mən Hindistanın ABŞ-yə ödədiyi tarifləri əhəmiyyətli dərəcədə qaldıracağam".

Chosen
136
33
moderator.az

10Sources