AZ

Hindistan Rusiyadan neft idxal etməyə davam edir: “ABŞ və Aİ-nin ittihamları əsassızdır”

Hindistan ABŞ və Avropa İttifaqının (Aİ) Rusiyadan neft idxalını davam etdirməsi ilə bağlı irəli sürdüyü ittihamları əsassız və məntiqsiz hesab edir.

Editor.az xəbər verir ki, bunu Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Jaiswal deyib.

“Hindistan, digər böyük iqtisadiyyatlar kimi milli maraqlarını və iqtisadi təhlükəsizliyini qorumaq üçün bütün lazımi tədbirləri görəcək”, – Jaisval yazıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bazar ertəsi, avqustun 4-də Hindistana idxal rüsumlarını əhəmiyyətli dərəcədə artıracağını açıqlayıb. Cümə günü, avqustun 1-də Hindistan idxalına 25 faizlik rüsum tətbiq edən Tramp ölkənin Rusiya enerji məhsullarının alınmasına görə dəqiqləşdirilməmiş cəriməyə məruz qalacağını açıqlamışdı. Həmin gün ABŞ Pakistanla ticarət sazişi imzalayıb və ölkənin “böyük neft ehtiyatlarının” inkişafına kömək edəcəyini vəd edib.

//Gülnarə Abasova, Editor.az

 

Seçilən
19
33
editor.az

10Mənbələr