EN

BDU da 75 ixtisas üzrə qəbul aparılacaq

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Bakı Dövlət Universitetində (BDU) 2025/2026-cı tədris ili üçün bakalavriat səviyyəsində 75 ixtisas üzrə qəbul aparılacaq.

Bu barədə 525.az-a BDU-dan məlumat verilib.

Geologiya fakültəsində geologiya ixtisası, geologiya və geofizika mühəndisliyi, mədən mühəndisliyi, meliorasiya mühəndisliyi;

Coğrafiya fakültəsində coğrafiya ixtisası, coğrafiya müəllimliyi, geomatika və geodeziya mühəndisliyi, hidrometeorologiya, turizm işinin təşkili;

Ekologiya və torpaqşünaslıq fakültəsində ekologiya, torpaqşünaslıq və aqrokimya, yerquruluşu və daşınmaz əmlakın kadastrı, ekologiya mühəndisliyi;

Tətbiqi riyaziyyat və kibernetika fakültəsində kompüter elmləri, informatika (rəqəmsal bacarıqlar) müəllimliyi, informasiya təhlükəsizliyi;

Mexanika-riyaziyyat fakültəsində riyaziyyat ixtisası, riyaziyyat müəllimliyi, mexanika;

Fizika fakültəsində fizika ixtisası, fizika müəllimliyi, mühəndis fizikası;

Kimya fakültəsində kimya ixtisası, kimya mühəndisliyi, kimya müəllimliyi;

Biologiya fakültəsində biologiya ixtisası, biologiya müəllimliyi, su bioehtiyatları və akvakultura, biotexnologiya, bitki mühafizəsi, qida mühəndisliyi;

Hüquq fakültəsində hüquqşünaslıq;

Jurnalistika fakültəsində jurnalistika;

Filologiya fakültəsində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, dil və ədəbiyyat müəllimliyi (rus dili və ədəbiyyatı üzrə), filologiya (alman dili və ədəbiyyatı), filologiya (Azərbaycan dili və ədəbiyyatı), filologiya (fransız dili və ədəbiyyatı), filologiya (ingilis dili və ədəbiyyatı), filologiya (rus dili və ədəbiyyatı);

Sosial elmlər və psixologiya fakültəsində psixologiya, sosiologiya, sosial iş, fəlsəfə, təhsildə sosial-psixoloji xidmət, xüsusi pedaqogika;

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində beynəlxalq münasibətlər, dövlət və ictimai münasibətlər, politologiya, iqtisadiyyat, beynəlxalq ticarət və logistika, maliyyə, biznesin idarə edilməsi, menecment, statistika;

Tarix fakültəsində tarix ixtisası, tarix müəllimliyi, regionşünaslıq (Qafqaz ölkələri üzrə), regionşünaslıq (Amerika üzrə);

İnformasiya və sənəd menecmenti fakültəsində kitabxanaçılıq və informasiya fəaliyyəti, muzey, arxiv işi və abidələrin qorunması;

Şərqşünaslıq fakültəsində filologiya (ərəb dili və ədəbiyyatı), filologiya (fars dili və ədəbiyyatı), filologiya (türk dili və ədəbiyyatı), filologiya (Çin dili və ədəbiyyatı), regionşünaslıq (Çin üzrə), regionşünaslıq (ərəb ölkələri üzrə), regionşünaslıq (İran üzrə), regionşünaslıq (İsrail üzrə), regionşünaslıq (Koreya üzrə), regionşünaslıq (Pakistan üzrə), regionşünaslıq (Türkiyə üzrə), regionşünaslıq (Yaponiya üzrə), tərcümə (ərəb dili üzrə), tərcümə (fars dili üzrə) ixtisasları üzrə qəbul aparılacaq.

Qeyd edək ki, Sosial elmlər və psixologiya fakültəsində tədris olunacaq xüsusi pedaqogika ixtisası yeni açılıb.

İyirmi beş mindən çox təhsilalanı özündə birləşdirən Bakı Dövlət Universiteti (BDU) 16 fakültə, 119 kafedra, SABAH Mərkəzi, 2 elmi-tədqiqat institutu, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi, müasir avadanlıqlarla təchiz edilmiş 5 elmi-tədqiqat mərkəzi və 22 elmi-tədqiqat laboratoriyası, 24 tədris laboratoriyası, 2 milyondan çox kitab fondu olan Elmi Kitabxana, 5 muzey, 4 beynəlxalq institut və mərkəz, 1 tədris-təcrübə və istirahət mərkəzi, 1 tədris-təcrübə bazası, Qazax filialı, İqtisadiyyat və Humanitar Kollec, “Gənc istedadlar” liseyi və s. ilə elm-təhsil inteqrasiyasının genişləndirilməsində mühüm rol oynayır.

Son illər Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi, “You Will Speak” Dil Mərkəzi, “Ekoməkan”, “Tələbə məkanı”nın fəaliyyətə başlaması, “Code Academy” layihəsi çərçivəsində ən müasir kompüterlərlə təchiz olunmuş auditoriyalarda proqramlaşdırma, sistem və şəbəkə inzibatçılığı üzrə bilik və bacarıqlarını artırmaları üçün şəraitin yaradılması tələbələrdə elmə və təhsilə daha böyük maraq oyadır.

BDU ilə İsrailin Holon Texnologiya İnstitutu və Yerusəlim İbrani Universiteti (HUJI), Çinin Anhui Universiteti, Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti, ABŞ-ın Linkoln Universiteti, Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti, Qazaxıstanın Ş. Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti və L.N.Qumilyov adına Avrasiya Milli Universiteti arasında bakalavriat, magistratura və doktorantura səviyyələrində ikili diplom proqramları həyata keçirilir.

Əmək bazarının tələblərinə uyğun yeni ixtisas və ixtisaslaşmaların yaradılması BDU-nun strateji hədəflərindəndir.

Sevinc Qarayeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
13
4
525.az

5Sources