AZ

Abituriyentlərin nəzərinə: BDU-da 75 ixtisas üzrə qəbul aparılacaq » AzadMedia.az



25 mindən çox təhsilalanı özündə birləşdirən Bakı Dövlət Universiteti (BDU) 16 fakültə, 119 kafedra, SABAH Mərkəzi, 2 elmi-tədqiqat institutu, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi, müasir avadanlıqlarla təchiz edilmiş 5 elmi-tədqiqat mərkəzi və 22 elmi-tədqiqat laboratoriyası, 24 tədris laboratoriyası, 2 milyondan çox kitab fondu olan Elmi Kitabxana, 5 muzey, 4 beynəlxalq institut və mərkəz, 1 tədris-təcrübə və istirahət mərkəzi, 1 tədris-təcrübə bazası, Qazax filialı, İqtisadiyyat və Humanitar Kollec, “Gənc istedadlar” liseyi və s. ilə elm-təhsil inteqrasiyasının genişləndirilməsində mühüm rol oynayır.

Son illər Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi, “You Will Speak” Dil Mərkəzi, “Eko Məkan”, “Tələbə məkanı”nın fəaliyyətə başlaması, “Code Academy” layihəsi çərçivəsində ən müasir kompüterlərlə təchiz olunmuş auditoriyalarda proqramlaşdırma, sistem və şəbəkə inzibatçılığı üzrə bilik və bacarıqlarını artırmaları üçün şəraitin yaradılması tələbələrdə elmə və təhsilə daha böyük maraq yaradır.

BDU yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində uğurlu islahatlar aparır. Təhsilin keyfiyyətinin yüksəldilməsi, elmin sənayeyə tətbiqi, tələbələrin öz nəzəri biliklərini təcrübədə tətbiq etmə imkanının yaradılması üçün mühüm addımlar atılır. BDU ilə İsrailin Holon Texnologiya İnstitutu və Yerusəlim İbrani Universiteti (HUJI), Çin Xalq Respublikasının Anhui Universiteti, Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti, Amerika Birləşmiş Ştatlarının Linkoln Universiteti, Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti, Qazaxıstanın Ş. Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti və L.N.Qumilyov adına Avrasiya Milli Universiteti kimi nüfuzlu universitetlər arasında bakalavriat, magistratura və doktorantura təhsil səviyyələrində ikili diplom proqramları həyata keçirilir.

Əmək bazarının tələblərinə uyğun yeni ixtisas və ixtisaslaşmaların yaradılması BDU-nun strateji hədəflərindəndir. BDU-nun bakalavriat səviyyəsində 2025/2026-cı tədris ili üzrə “Xüsusi pedaqogika” ixtisası açılıb. İxtisas Sosial elmlər və psixologiya fakültəsində tədris olunacaq.

Əziz abituriyentlər, sizi elmin sirlərinə BDU-da yiyələnməyə, BDU ailəsinin üzvü olmağa dəvət edirik!

BDU-da 2025/2026-cı tədris ili üçün bakalavriat səviyyəsi üzrə qəbul aparılan ixtisaslar:



Geologiya fakültəsi

6005006 – Geologiya
6006010 - Geologiya və geofizika mühəndisliyi
6006033 - Mədən mühəndisliyi
6006030 - Meliorasiya mühəndisliyi



Coğrafiya fakültəsi

6005003 – Coğrafiya
6001003 - Coğrafiya müəllimliyi
6006011 - Geomatika və geodeziya mühəndisliyi
6005007 – Hidrometeorologiya
6008008 - Turizm işinin təşkili



Ekologiya və torpaqşünaslıq fakültəsi

6005004 – Ekologiya
6007008 - Torpaqşünaslıq və aqrokimya
6007009 - Yerquruluşu və daşınmaz əmlakın kadastrı
6006007 - Ekologiya mühəndisliyi



Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

6005009 - Kompüter elmləri
6001010 - İnformatika (rəqəmsal bacarıqlar) müəllimliyi
6006017 - İnformasiya təhlükəsizliyi



Mexanika-riyaziyyat fakültəsi

6005011 – Riyaziyyat
6001015 - Riyaziyyat müəllimliyi
6005010 - Mexanika



Fizika fakültəsi

6005005 – Fizika
6001005 - Fizika müəllimliyi
6006034 - Mühəndis fizikası



Kimya fakültəsi

6005008 – Kimya
6006020 - Kimya mühəndisliyi
6001011 - Kimya müəllimliyi



Biologiya fakültəsi

6005001 – Biologiya
6001002 - Biologiya müəllimliyi
6005013 - Su bioehtiyatları və akvakultura
6005002 – Biotexnologiya
6007005 - Bitki mühafizəsi
6006023 - Qida mühəndisliyi



Hüquq fakültəsi

6002007 - Hüquqşünaslıq



Jurnalistika fakültəsi

6002009 - Jurnalistika



Filologiya fakültəsi

6001001 - Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
6001004 - Dil və ədəbiyyat müəllimliyı (rus dili və ədəbiyyatı üzrə)
6002006 - Filologiya (alman dili və ədəbiyyatı)
6002006 - Filologiya (Azərbaycan dili və ədəbiyyatı)
6002006 - Filologiya (fransız dili və ədəbiyyatı)
6002006 - Filologiya (ingilis dili və ədəbiyyatı)
6002006 - Filologiya (rus dili və ədəbiyyatı)



Sosial elmlər və psixologiya fakültəsi

6002013 – Psixologiya
6002015 – Sosiologiya
6008006 - Sosial iş
6002005 - Fəlsəfə
6001021 - Təhsildə sosial-psixoloji xidmət
6001008 - Xüsusi pedaqogika



Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi

6002001 - Beynəlxalq münasibətlər
6002004 - Dövlət və ictimai münasibətlər
6002012 – Politologiya
6004004 – İqtisadiyyat
6004001 - Beynəlxalq ticarət və logistika
6004005 - Maliyyə
6004002 - Biznesin idarə edilməsi
6004007 – Menecment
6005012 - Statistika



Tarix fakültəsi

6002016 – Tarix
6001018 - Tarix müəllimliyi
6002014 - Regionşünaslıq (Qafqaz ölkələri üzrə)
6002014 - Regionşünaslıq (Amerika üzrə)



İnformasiya və sənəd menecmenti fakültəsi

6002010 - Kitabxanaçılıq və informasiya fəaliyyəti
6003012 - Muzey, arxiv işi və abidələrin qorunması



Şərqşünaslıq fakültəsi

6002006 - Filologiya (ərəb dili və ədəbiyyatı)
6002006 - Filologiya (fars dili və ədəbiyyatı)
6002006 - Filologiya (türk dili və ədəbiyyatı)
6002006 - Filologiya (Çin dili və ədəbiyyatı)
6002014 - Regionşünaslıq (Çin üzrə)
6002014 - Regionşünaslıq (ərəb ölkələri üzrə)
6002014 - Regionşünaslıq (İran üzrə)
6002014 - Regionşünaslıq (İsrail üzrə)
6002014 - Regionşünaslıq (Koreya üzrə)
6002014 - Regionşünaslıq (Pakistan üzrə)
6002014 - Regionşünaslıq (Türkiyə üzrə)
6002014 - Regionşünaslıq (Yaponiya üzrə)
6002017 - Tərcümə (ərəb dili üzrə)
6002017 - Tərcümə (fars dili üzrə)
Seçilən
10
4
azadmedia.az

5Mənbələr