AZ

Abituriyentlərin nəzərinə: BDU-da 75 ixtisas üzrə qəbul aparılacaq

25 mindən çox təhsilalanı özündə birləşdirən Bakı Dövlət Universiteti (BDU) 16 fakültə, 121 kafedra, SABAH Mərkəzi, 2 elmi-tədqiqat institutu, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi, müasir avadanlıqlarla təchiz edilmiş 5 elmi-tədqiqat mərkəzi və 22 elmi-tədqiqat laboratoriyası, 20 tədris laboratoriyası,  2 milyondan çox kitab fondu olan Elmi Kitabxana, 5 muzey, 5 beynəlxalq institut və mərkəz, 1 tədris-təcrübə və istirahət mərkəzi, 1 tədris-təcrübə bazası, Qazax filialı, İqtisadiyyat və Humanitar Kollec, “Gənc istedadlar” liseyi və s. ilə elm-təhsil inteqrasiyasının genişləndirilməsində mühüm rol oynayır.

“İki sahil” xəbər verir ki, son illər Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi, “You Will Speak” Dil Mərkəzi, “Eko Məkan”, “Tələbə məkanı”nın fəaliyyətə başlaması, “Code Academy”, “Dev Education” layihələri çərçivəsində ən müasir kompüterlərlə təchiz olunmuş auditoriyalarda proqramlaşdırma, sistem və şəbəkə inzibatçılığı üzrə bilik və bacarıqlarını artırmaları üçün şəraitin yaradılması tələbələrdə elmə və təhsilə daha böyük maraq yaradır.

BDU yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində uğurlu islahatlar aparır. Təhsilin keyfiyyətinin yüksəldilməsi, elmin sənayeyə tətbiqi, tələbələrin öz nəzəri biliklərini təcrübədə tətbiq etmə imkanının yaradılması üçün mühüm addımlar atılır. BDU ilə İsrailin Holon Texnologiya İnstitutu və Yerusəlim İbrani Universiteti (HUJI), Çin Xalq Respublikasının Anhui Universiteti, Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti, Amerika Birləşmiş Ştatlarının Linkoln Universiteti, Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti, Qazaxıstanın Ş. Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti və L.N.Qumilyov adına Avrasiya Milli Universiteti kimi nüfuzlu universitetlər arasında bakalavriat, magistratura və doktorantura təhsil səviyyələrində ikili diplom proqramları həyata keçirilir.

Əmək bazarının tələblərinə uyğun yeni ixtisas və ixtisaslaşmaların yaradılması BDU-nun strateji hədəflərindəndir. BDU-nun bakalavriat səviyyəsində 2025/2026-cı tədris ili üzrə “Xüsusi pedaqogika” ixtisası açılıb. İxtisas Sosial elmlər və psixologiya fakültəsində tədris olunacaq.

Əziz abituriyentlər, sizi elmin sirlərinə BDU-da yiyələnməyə, BDU ailəsinin üzvü olmağa dəvət edirik!

BDU-da 2025/2026-cı tədris ili üçün bakalavriat səviyyəsi üzrə qəbul aparılan ixtisaslar:

 

Geologiya fakültəsi

    6005006 – Geologiya
    6006010 - Geologiya və geofizika mühəndisliyi
    6006033 - Mədən mühəndisliyi
    6006030 - Meliorasiya mühəndisliyi

 

Coğrafiya fakültəsi

    6005003 – Coğrafiya
    6001003 - Coğrafiya müəllimliyi
    6006011 - Geomatika və geodeziya mühəndisliyi
    6005007 – Hidrometeorologiya
    6008008 - Turizm işinin təşkili

 

Ekologiya və torpaqşünaslıq fakültəsi

    6005004 – Ekologiya
    6007008 - Torpaqşünaslıq və aqrokimya
    6007009 - Yerquruluşu və daşınmaz əmlakın kadastrı
    6006007 - Ekologiya mühəndisliyi

 

Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

    6005009 - Kompüter elmləri
    6001010 - İnformatika (rəqəmsal bacarıqlar) müəllimliyi
    6006017 - İnformasiya təhlükəsizliyi

 

Mexanika-riyaziyyat fakültəsi

    6005011 – Riyaziyyat
    6001015 - Riyaziyyat müəllimliyi
    6005010 - Mexanika

 

Fizika fakültəsi

    6005005 – Fizika
    6001005 - Fizika müəllimliyi
    6006034 - Mühəndis fizikası

 

Kimya fakültəsi

    6005008 – Kimya
    6006020 - Kimya mühəndisliyi
    6001011 - Kimya müəllimliyi

 

Biologiya fakültəsi

    6005001 – Biologiya
    6001002 - Biologiya müəllimliyi
    6005013 - Su bioehtiyatları və akvakultura
    6005002 – Biotexnologiya
    6007005 - Bitki mühafizəsi
    6006023 - Qida mühəndisliyi

 

Hüquq fakültəsi

    6002007 - Hüquqşünaslıq

 

Jurnalistika fakültəsi

    6002009 - Jurnalistika

 

Filologiya fakültəsi

    6001001 - Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
    6001004 - Dil və ədəbiyyat müəllimliyı (rus dili və ədəbiyyatı üzrə)
    6002006 - Filologiya (alman dili və ədəbiyyatı)
    6002006 - Filologiya (Azərbaycan dili və ədəbiyyatı)
    6002006 - Filologiya (fransız dili və ədəbiyyatı)
    6002006 - Filologiya (ingilis dili və ədəbiyyatı)
    6002006 - Filologiya (rus dili və ədəbiyyatı)

 

Sosial elmlər və psixologiya fakültəsi

    6002013 – Psixologiya
    6002015 – Sosiologiya
    6008006 - Sosial iş
    6002005 - Fəlsəfə
    6001021 - Təhsildə sosial-psixoloji xidmət
    6001008 - Xüsusi pedaqogika

 

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi

    6002001 - Beynəlxalq münasibətlər
    6002004 - Dövlət və ictimai münasibətlər
    6002012 – Politologiya
    6004004 – İqtisadiyyat
    6004001 - Beynəlxalq ticarət və logistika
    6004005 - Maliyyə
    6004002 - Biznesin idarə edilməsi
    6004007 – Menecment
    6005012 - Statistika

 

Tarix fakültəsi

    6002016 – Tarix
    6001018 - Tarix müəllimliyi
    6002014 - Regionşünaslıq (Qafqaz ölkələri üzrə)
    6002014 - Regionşünaslıq (Amerika üzrə)

 

İnformasiya və sənəd menecmenti fakültəsi

    6002010 - Kitabxanaçılıq və informasiya fəaliyyəti
    6003012 - Muzey, arxiv işi və abidələrin qorunması

 

Şərqşünaslıq fakültəsi

    6002006 - Filologiya (ərəb dili və ədəbiyyatı)
    6002006 - Filologiya (fars dili və ədəbiyyatı)
    6002006 - Filologiya (türk dili və ədəbiyyatı)
    6002006 - Filologiya (Çin dili və ədəbiyyatı)
    6002014 - Regionşünaslıq (Çin üzrə)
    6002014 - Regionşünaslıq (ərəb ölkələri üzrə)
    6002014 - Regionşünaslıq (İran üzrə)
    6002014 - Regionşünaslıq (İsrail üzrə)
    6002014 - Regionşünaslıq (Koreya üzrə)
    6002014 - Regionşünaslıq (Pakistan üzrə)
    6002014 - Regionşünaslıq (Türkiyə üzrə)
    6002014 - Regionşünaslıq (Yaponiya üzrə)
    6002017 - Tərcümə (ərəb dili üzrə)
    6002017 - Tərcümə (fars dili üzrə)

Seçilən
10
4
ikisahil.az

5Mənbələr