EN

Arvadını öldürən şəxs 15 İL HƏBS EDİLDİ

Sabunçu rayonunda arvadını qətlə yetirməkdə təqsirləndirilən Həsənbala Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

XəzərNews.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən Həsənbala Rəhimov 15 il müddətində azadlıqdan məhrum olunub.

Qeyd edək ki, 2024-cü il avqustun 17-də saat 15 radələrində Sabunçu rayonu ərazisində 1970-ci il təvəllüdlü Ceyran Rəhimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Belə ki, araşdırmalara görə, 1968-ci il təvəllüdlü Həsənbala Rəhimovun arvadı Ceyran Rəhimovaya bıçaqla xəsarət yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Xəbər 3 dəfə oxunub.
Chosen
34
13
xezernews.az

10Sources