Bakivaxti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Sabunçu rayonunda arvadını qətlə yetirməkdə təqsirləndirilən Həsənbala Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən Həsənbala Rəhimov 15 il müddətində azadlıqdan məhrum olunub.
Qeyd edək ki, 2024-cü il avqustun 17-də saat 15 radələrində Sabunçu rayonu ərazisində 1970-ci il təvəllüdlü Ceyran Rəhimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Belə ki, araşdırmalara görə, 1968-ci il təvəllüdlü Həsənbala Rəhimovun arvadı Ceyran Rəhimovaya bıçaqla xəsarət yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.