AZ

Bakıda arvadını öldürənə AĞIR CƏZA

Bakının Sabunçu rayonunda arvadını qətlə yetirməkdə ittiham olunan 1968-ci il təvəllüdlü Həsənbala Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi baş tutub.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 17 il 6ay müddətində azadlıqdan məhrum olunmasını istəyib.

Təqsirləndirilən şəxs son sözündə həyat yoldaşını  öldürmək istəmədiyini bildirib:”Ədaləti qərar verilməsini xahiş edirəm”.

Müşavirədən sonra hökm oxunub,hökmə əsasən  Həsənbala Rəhimov  15 il müddətində azadlıqdan məhrum olunub.

Qeyd edək ki, 2024-cü il  il avqustun 17-də saat 15 radələrində Sabunçu rayonu ərazisində 1970-ci il təvəllüdlü Ceyran Rəhimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Belə ki,araşdırmalara görə  1968-ci il təvəllüdlü Həsənbala Rəhimovun arvadı Ceyran Rəhimovaya bıçaqla xəsarət yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Seçilən
3
13
heftelik.az

10Mənbələr