Bakı. Trend:
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Konfrans Liqasınınpley-off mərhələsinin püşkü atılacaq.
Trend xəbərverir ki, bu gün Azərbaycan təmsilçiləri “Araz-Naxçıvan” və “Sabah”komandaları da potensial rəqiblərini öyrənəcək.
Hazırda hər iki klub 3-cü təsnifat mərhələsindədir.“Araz-Naxçıvan” Kiprin “Omoniya”, “Sabah” isə Bolqarıstanın“Levski” klubu ilə qarşılaşacaq.
Püşkatmada “Araz-Naxçıvan” - “Ominiya” cütü səpələnmişlərsəbətində (Kipr təmsilçisinin yüksək reytinqinə görə), “Levski” -Sabah” cütü isə səpələnməmişlər səbətində yer alacaq.
“Sabah”ın potensial rəqibləri
“AZ Alkmaar” (Niderland) – “Vaduz”(Lixtenşteyn) cütününqalibi
“Anderlext” (Belçika) – “Şerif” (Moldova)
“Luqano” (İsveçrə) – “Selje” (Sloveniya)
“Rayo Valyekano” (İspaniya)
“Rasinq” (Fransa)
“Araz Naxçıvan”ın potensial rəqibləri
“Riqa” (Latviya) – “Beitar” Yerusəlim (İsrail) cütününqalibi
PAOK FK (Yunanıstan) – “Volfsberqer” (Avstriya)
“Rusenborq” (Norveç) – “Hammarbü” (İsveç)
“Hekken” (İsveç) – “Brann” (Norveç)
Qeyd edək ki, “Kristal Pelas” FK (İngiltərə). Turnirdə iştirakıhazırda davam edən hüquqi proseslərə bağlıdır.
Püşkatma mərasimi saat 16:00-da başlayacaq. Pley-off oyunlarıisə 21 və 28 avqustda keçiriləcək.