AZ

Püşk atılır: "Araz-Naxçıvan" və "Sabah"ın potensial rəqibləri açıqlandı

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkü atılacaq.

Publika.az xəbər verir ki, Azərbaycan təmsilçiləri “Araz-Naxçıvan” və “Sabah” komandaları da potensial rəqiblərini öyrənəcək. Hazırda hər iki klub 3-cü təsnifat mərhələsindədir. Naxçıvan təmsilçisi Kiprin “Omoniya”, “bayquşlar” isə Bolqarıstanın “Levski” klubu ilə qarşılaşacaq.

Püşkatmada “Araz-Naxçıvan” - “Ominiya” cütü səpələnmişlər səbətində (Kipr təmsilçisinin yüksək reytinqinə görə), “Levski” - Sabah” cütü isə səpələnməmişlər səbətində yer alacaq.

Püşkatmaasaat 16:00-da başlayacaq. Pley-off oyunları isə 21 və 28 avqustda keçiriləcək.

"Araz-Naxçıvan":

Riqa (Latviya) - Beytar Yerusəlim (İsrail);
PAOK (Yunanıstan) - Volfsberqer (Avstriya)
Rosenborq (Norveç) 0 Hammarbi (İsveç)
Hakken (İsveç) - Brann (Norveç)

Seçilən
23
3
publika.az

9Mənbələr