“Sabah”ın Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi “Levski” Bolqarıstan çempionatında 3-cü tur oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, komanda “Slaviya” ilə qarşılaşıb. Görüşdə "Levski" 2:0 hesablı qələbə qazanıb.
Bu qələbə ilə Sofiya təmsilçisi xallarının sayını 9-a çatdırıb. "Levski" liderdi.
Xatırladaq ki, "Sabah" və "Levski" arasında ilk oyun avqustun 7-də Bolqarıstanda, cavab görüşü isə 14-də Bakıda olacaq.