AZ

"Sabah"ın rəqibi inamlı qələbə qazandı

“Sabah”ın UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi “Levski” Bolqarıstan çempionatında növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Sofiya klubu 3-cü tur çərçivəsində “Slaviya” ilə qarşılaşıb. 

"Sabah"ın rəqibi "Levski" ilə görüşdən 2:0 qalib ayrılıb. 70-ci dəqiqədə Rupanov, 84-cü dəqiqədə isə Bala fərqlənib.

Bu qələbə ilə xallarının sayını 9-a çatdıran "Levski" turnir cədvəlinə liderlik edir. 

Qeyd edək ki, "Sabah" və "Levski" arasında ilk oyun avqustun 7-də Bolqarıstanda, cavab görüşü isə avqustun 14-də Bakıda olacaq. 

Seçilən
19
3
fanat.az

5Mənbələr