“Sabah”ın Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi “Levski” Bolqarıstan çempionatında 3-cü tur oyununu keçirib.
QOL.az xəbər verir ki, komanda “Slaviya” ilə qarşılaşıb. Görüşdə "Levski" 2:0 hesablı qələbə qazanıb.
Bu qələbə ilə Sofiya təmsilçisi xallarının sayını 9-a çatdırıb. "Levski" sıralamada liderdir.
Qeyd edək ki, "Sabah" və "Levski" arasında ilk oyun avqustun 7-də Bolqarıstanda, cavab görüşü isə avqustun 14-də Bakıda olacaq.
"Levski" - "Slaviya"(Sofiya) 2:0
Qollar:Rupanov 70, Bala 84