EN

Formula 1: “Maklaren” Macarıstanda da dubla imza atdı

Bu gün Formula 1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün növbəti mərhələsi – 14-cü qran-prisi baş tutub.

Arena.az xəbər verir ki, budəfəki yarış Modyorodda təşkil olunub.

Macarıstan qran-prisində də “Maklaren” pilotları dominantlıq ediblər. Bu dəfə qələbəni Lando Norris qazanıb. Britaniyalı 25 yaşlı pilot 70 dövrəlik yarışı ilk sırada bitirib. Bu, onun cari mövsümdə 9-cu, karyerası ərzində isə 5-ci qələbəsidir.

İkinci yeri Norrisin komanda yoldaşı Oskar Piastri tutub. Podiumun son pilləsi “Mersedes”dən Corc Rasselə qismət olub.

Geridə qalmış 14 mərhələdən sonra Oskar Piastri (“Maklaren”) 284 xalla vahid liderdir. Onun komanda yoldaşı Lando Norris 275 xalla ikincidir. Maks Ferstappen (“Red Bull”) isə 187 xalla üçüncü pillədə qərarlaşıb.

Mühəndislər Kubokunda “Maklaren” 559 xalla ilk sırada qərarlaşıb. “Ferrari” 260 xalla ikincidir. “Mersedes” isə 236 xalla üçüncü yerdə gedir.

Formula 1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün növbəti – 15-ci qran-prisi Niderlandda keçiriləcək. Zandvortda baş tutacaq bu yarış avqustun 31-də təşkil olunacaq.

Formula 1 üzrə dünya çempionatı, 2025

Pilotların yarışında turnir cədvəli:

  1. Oskar Piastri (Maklaren) – 284
  2. Lando Norris (Maklaren) – 275
  3. Maks Ferstappen (Red Bull) – 187
  4. Corc Rassell (Mersedes) – 172
  5. Şarl Lekler (Ferrari) – 151
  6. Luis Hamilton (Ferrari) – 109
  7. Kimi Antonelli (Mersedes) – 64
  8. Aleksander Albon (Uilyams) – 54
  9. Niko Hulkenberq (Zauber) – 37
  10. Esteban Okon (Haas) – 27
  11. Fernando Alonso (Aston Martin) – 26
  12. Lens Stroll (Aston Martin) – 26
  13. İsaak Hacar (Rasinq Bulls) – 22
  14. Pyer Qasli (Alpin) – 20
  15. Liam Louson (Red Bull) – 20
  16. Karlos Sayns (Uilyams) – 16
  17. Qabriel Bartoleto (Zauber) – 14
  18. Yuki Tsunoda (Rasinq Bulls) – 10
  19. Oliver Berman (Haas) – 8
  20. Franko Kolapinto (Alpin) – 0
  21. Cek Duen (Alpin) – 0

Mühəndislər Kubokunda xal sıralaması:

  1. Maklaren – 559
  2. Ferrari – 260
  3. Mersedes – 236
  4. Red Bull – 194
  5. Uilyams – 70
  6. Aston Martin – 52
  7. Zauber – 51
  8. Rasinq Bulls – 45
  9. Haas – 35
  10. Alpin – 20
Chosen
27
1
arena.az

6Sources