AZ

Formula 1: Niderland qran-prisini Piastri qazandı

Bu gün Formula 1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün növbəti mərhələsi – 15-ci qran-prisi baş tutub.

Arena.az xəbər verir ki, budəfəki yarış Zandvortda təşkil olunub.

Macarıstan qran-prisində “Maklaren”in pilotu Oskar Piastri hamıdan sürətli olub. Avstraliyalı 24 yaşlı pilot 72 dövrəlik yarışı ilk sırada bitirib. Bu, onun cari mövsümdə 7-ci, karyerası ərzində isə 9-cu qələbəsidir.

İkinci yeri “Red Bull”un tanınmış pilotu, son mövsümlərin qalibi Maks Ferstappen tutub. Podiumun son pilləsi “Rasing Bulls”dan İsak Hacara qismət olub.

Geridə qalmış 15 mərhələdən sonra Oskar Piastri (“Maklaren”) 309 xalla vahid liderdir. Onun komanda yoldaşı Lando Norris 275 xalla ikincidir. Maks Ferstappen (“Red Bull”) isə 205 xalla üçüncü pillədə qərarlaşıb.

Mühəndislər Kubokunda “Maklaren” 584 xalla ilk sırada qərarlaşıb. “Ferrari” 260 xalla ikincidir. “Mersedes” isə 248 xalla üçüncü yerdə gedir.

Formula 1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün növbəti – 16-cı qran-prisi İtaliyada keçiriləcək. Monzada baş tutacaq bu yarış sentyabrın 7-də təşkil olunacaq.

Formula 1 üzrə dünya çempionatı, 2025

Pilotların yarışında turnir cədvəli:

  1. Oskar Piastri (Maklaren) – 309
  2. Lando Norris (Maklaren) – 275
  3. Maks Ferstappen (Red Bull) – 205
  4. Corc Rassell (Mersedes) – 184
  5. Şarl Lekler (Ferrari) – 151
  6. Luis Hamilton (Ferrari) – 109
  7. Kimi Antonelli (Mersedes) – 64
  8. Aleksander Albon (Uilyams) – 64
  9. Niko Hulkenberq (Zauber) – 37
  10. İsaak Hacar (Rasinq Bulls) – 37
  11. Lens Stroll (Aston Martin) – 32
  12. Fernando Alonso (Aston Martin) – 30
  13. Esteban Okon (Haas) – 28
  14. Pyer Qasli (Alpin) – 20
  15. Liam Louson (Red Bull) – 20
  16. Oliver Berman (Haas) – 8
  17. Karlos Sayns (Uilyams) – 16
  18. Qabriel Bartoleto (Zauber) – 14
  19. Yuki Tsunoda (Rasinq Bulls) – 12
  20. Franko Kolapinto (Alpin) – 0
  21. Cek Duen (Alpin) – 0

Mühəndislər Kubokunda xal sıralaması:

  1. Maklaren – 584
  2. Ferrari – 260
  3. Mersedes – 248
  4. Red Bull – 214
  5. Uilyams – 80
  6. Aston Martin – 62
  7. Rasinq Bulls – 60
  8. Zauber – 51
  9. Haas – 44
  10. Alpin – 20
Seçilən
63
1
arena.az

10Mənbələr