Azərbaycan diasporunun Uraldakı rəhbəri Şahin Şıxlinski Moskvadan Yekaterinburqa gətirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
O daha əvvəl Rusiyada axtarışa verilmişdi.
Məlumata görə, o, hazırda daha öncə saxlanmaların baş verdiyi cinayət işlərindən biri üzrə istintaq hərəkətlərində iştirak edir.
Xatırladaq ki, “Azərbaycan-Ural" milli-mədəni ictimai təşkilatının sədri Şahin Şıxlinski iyulun 1-də Yekaterinburqda saxlanılıb. Bu zaman Şahin Şıxlinskiyə Rusiyanın hüquq-mühafizə orqanının əməkdaşları tərəfindən zor tətbiq olunub.
Ş. Şıxlinskiyə hücum olunan zaman oğlu Mutvalı Şıxlinski də avtomobildə olub. O da zorla avtomobildən düşürülüb. Bir neçə gün sonra isə Mutvalı guya “hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqetmə" ittihamı ilə 2 ay müddətinə həbs olunub.
Bizim.Media