AZ

Şahin Şıxlinski axtarışa verilib

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski axtarışa verilib.

7News.Az APA-ya istinadən bildirir ki, o, Rusiya Daxili İşlər Nazirliyinin rəsmi məlumat bazasında axtarışda olan şəxslər siyahısına daxil edilib.

Məlumata görə, Şahin Şıxlinski Rusiya Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarılır.

Qeyd edək ki, iyulun 17-də Rusiya KİV-də Şahin Şıxlinski barədə federal axtarış elan edilməsi ilə bağlı məlumatlar dərc olunub. Məlumata görə, Şahin Şıxlinski hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə ittiham olunur.

Xatırladaq ki, Şahın Şıxlinski iyulun 1-də Yekaterinburq şəhərində sərt şəkildə saxlanılıb, daha sonra sərbəst buraxılmışdı. Saxlanma zamanı hüquq-mühafizə orqanı əməkdaşlarından biri xəsarət alıb. Hadisə ilə bağlı Şıxlinskinin oğlu Mutvala Şıxlinski saxlanılıb və hazırda barəsində hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqetmə maddəsi ilə cinayət işi açılıb. O, hazırda həbsdədir.

 

Seçilən
104
19
7news.az

10Mənbələr