AZ

Rusiya KİV-dən İDDİA: Şahin Şıxlinski hüquq-mühafizə orqanlarına könüllü təslim olub

Azərbaycan diasporunun Uraldakı rəhbəri Şahin Şıxlinski Moskvada hüquq-mühafizə orqanlarına könüllü şəkildə təslim olub.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın xüsusi xidmət orqanlarına yaxın olan “VÇK-OGPU” Telegram kanalı məlumat yayıb.

Moskvada saxlanılan Şıxlinski istintaq prosesində iştirak etmək üçün Yekaterinburqa aparılıb.

Qeyd edək ki, Rusiyanın 66.ru saytının mənbəsi iddia edir ki, Şıxlinski barəsində iki cinayət işi açılıb: qətl və hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə maddələri üzrə.

Xatırladaq ki, “Azərbaycan-Ural" milli-mədəni ictimai təşkilatının sədri Şahin Şıxlinski iyulun 1-də Yekaterinburqda saxlanılıb. Bu zaman Şahin Şıxlinskiyə Rusiyanın hüquq-mühafizə orqanının əməkdaşları tərəfindən zor tətbiq olunub.

Ş. Şıxlinskiyə hücum olunan zaman oğlu Mutvalı Şıxlinski də avtomobildə olub. O da zorla avtomobildən düşürülüb. Bir neçə gün sonra isə Mutvalı guya “hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqetmə" ittihamı ilə 2 ay müddətinə həbs olunub.

Bizim.Media

Seçilən
57
2
bizim.media

10Mənbələr