EN

“Karvan” “Ayaks”ın sabiq futbolçusunu transfer etdi

Yeni mövsümdən Misli Premyer Liqasında mübarizə aparacaq "Karvan" transfer həyata keçirib.

90deqiqe.Az-ın məlumatına görə, niderlandlı sağ cinah müdafiəçisi Şakil Sino ilə 1 illik müqavilə imzalanıb. 29 yaşlı oyunçu son olaraq Maltanın "Qzira” klubunda forma geyinib.

"Ayaks"ın yetirməsi Niderlandda “Telstar”, Norveçdə “Aalesund”, Bolqarıstanda “Lokomotiv Plovdiv", Rumıniyada “Botosani” və “Mioveni” komandalarında da çıxış edib.

Chosen
26
4
90deqiqe.az

3Sources