Avrozonada iyul ayında inflyasiya səviyyəsi 2 faiz təşkil edib. Beləliklə, inflyasiya göstəricisi Avropa Mərkəzi Bankının 2 faizlik hədəfinə bərabər olub.
Day.Az xəbər verir ki, aylıq müqayisədə ən böyük qiymət artımı 3,3 faizlə qida sektorunda və tütün məmulatlarında qeydə alınıb.
Â
Xidmətlər sektorunda isə qiymət artımı əvvəlki ayla müqayisədə 3,1 faiz olub.
Bazar proqnozları iyulda Avrozonada inflyasiyanın 1,9 faiz olacağı istiqamətində idi. İyun ayında da Avrozonada inflyasiya səviyyəsi 2 faiz təşkil etmişdi.