Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Roma, 2 avqust, AZƏRTAC
Avrozonada iyul ayında inflyasiya səviyyəsi 2 faiz təşkil edib. Beləliklə, inflyasiya göstəricisi Avropa Mərkəzi Bankının 2 faizlik hədəfinə bərabər olub.
AZƏRTAC xəbər verir ki, aylıq müqayisədə ən böyük qiymət artımı 3,3 faizlə qida sektorunda və tütün məmulatlarında qeydə alınıb. Xidmətlər sektorunda isə qiymət artımı əvvəlki ayla müqayisədə 3,1 faiz olub.
Bazar proqnozları iyulda Avrozonada inflyasiyanın 1,9 faiz olacağı istiqamətində idi. İyun ayında da Avrozonada inflyasiya səviyyəsi 2 faiz təşkil etmişdi.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.