EN

Türkiyə-Suriya Təbii Qaz Boru xəttinin açılış mərasimi keçirilib

KİLİS, 2 avqust. TELEQRAF

Türkiyə-Suriya Təbii Qaz Boru xəttinin açılış mərasimi keçirilib.

Teleqraf-ın Türkiyənin Kilis şəhərinə ezam olunan əməkdaşının verdiyi məlumata görə, açılış mərasimində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Qətər İnkişaf Fondunun prezidenti Fahad Hamad Al-Sulaiti, Suriyanın energetika naziri Məhəmməd Əlbəşir və Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar edib.

Qeyd edək ki, boru xətti ilə günlük 3,4 milyon kubmetr qazın ötrülməsi planlaşdırılır. Suriyanın Energetika Nazirliyinin Korporativ əlaqələr şöbəsinin rəhbəri Əhməd Süleymaninin mediaya açıqlamasına görə, Türkiyə üzərindən Suriyaya çatdırılan Azərbaycan qazı ölkədə elektrik enerjisi istehsalını artıracaq.

Belə ki, tədarük edilən həcm Hələbdəki təbii qaz stansiyasında elektrik istehsalı məqsədilə istifadə olunacaq. Stansiyanın1200 meqavat elektrik istehsal edəcəyi proqnozlaşdırılır. Bununla da hazırda Suriyada istehsal olunan elektrik miqdarı təxminən iki dəfə artırılacaq. Suriyada günlük 3-4 saat davam edən elektrik təchizatı bu istehsalla 10 saata qədər qaldırılacaq.

Elektrik dəstəyi yalnız təbii qazla məhdudlaşmır. Türkiyə Suriyanın şimalına elektrik ixracatını da artırmağı planlaşdırır. Mövcud xətlərlə Suriyaya 280 meqavat elektrik enerjisinin verilməsi nəzərdə tutulur. .

Chosen
7
7
teleqraf.com

10Sources