Kamçatka yarımadasının sahillərində yerli vaxtla saat 16:33-17:39 (Bakı vaxtı ilə 20:33 və 21:39) arasında 5,0, 5,8, 5,2 və 5,2 bal gücündə üç zəlzələ baş verib.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Birinci zəlzələ Petropavlovsk-Kamçatskidən 187 km, ikinci - 238 km, üçüncü - 218 km aralıda baş verib.
Birinci seysmoloji hadisənin episentri 18,9 km, ikincisi 44,8 km, üçüncüsü isə 33,8 km dərinlikdə yerləşib.