AZ

Ölkədə bir saata üç zəlzələ OLDU

Rusiyanın Kamçatka yarımadasında cəmi bir saat ərzində üç yeraltı təkan qeydə alınıb. Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin verdiyi məlumata görə, zəlzələlər yerli vaxtla 22:32-dən 23:32-yə qədər baş verib və onların maqnitudası 5 ilə 6,2 bal arasında dəyişib.

News24.az xəbər verir ki, zəlzələlərin yarımadanın sahil hissəsində baş verdiyi bildirilir. Hadisələrdən sonra bölgədəki vəziyyətlə bağlı əlavə açıqlama verilməyib.

Xatırladaq ki, 30 iyul tarixində Kamçatkada 8,8 bal gücündə güclü zəlzələ baş vermişdi. Bu, bölgədə 1952-ci ildən bəri qeydə alınan ən güclü zəlzələ hesab olunur.

Xeyrənsə Piriyeva

Seçilən
63
50
news24.az

10Mənbələr