EN

Beynəlxalq Padel Kubokunun iştirakçıları "Atəşgah" Sığorta Şirkəti tərəfindən - SIĞORTALANIB

Azərbaycan Tennis və Padel Federasiyasının təşkilatçılığı ilə "Crocus Fıtness Sea Breeze" Beynəlxalq Padel Kuboku start götürüb. İlk yarış avqustun 1-dən 3-ə qədər, ikinci turnir isə 5-dən 7-ədək davam edəcək.

FED.AZ xəbər verir ki, beynəlxalq mübarizədə Azərbaycanla yanaşı İtaliya, Moldova, Türkiyə, Gürcüstan, Latviya, Sudan, Ukrayna, İsrail, Qazaxıstandan olan idmançılar iştirak edəcək. Yarışın əsas məqsədi Azərbaycanda padel idman növünün təbliğatı və beynəlxalq səviyyədə tanınmasıdır.

İştirakçıların sağlamlığı və təhlükəsizliyi yarış təşkilatçıları üçün prioritet olaraq qəbul edildiyi üçün, Azərbaycan Tennis və Padel Federasiyası bu sahədə xüsusi tədbirlər görmüşdür. Turnir müddətində iştirakçılar "Atəşgah" Sığorta Şirkəti tərəfindən müxtəlif risklərə qarşı sığortalanmışdır. Sığorta risklərinə iştirakçıların əlillik, sınıqlar, tibbi xərclər və əlavə olaraq, üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası da daxildir. Bu geniş və əhatəli sığorta təminatı idmançıların həm fiziki, həm də maliyyə baxımından qorunmasını təmin etməklə yarışın təhlükəsiz və problemsiz keçməsinə kömək edəcək.

28 ildən artıqdır ki, sığorta sahəsində dayanıqlı fəaliyyəti ilə seçilən şirkət, sığorta xidmətlərinin keyfiyyətini davamlı olaraq təkmilləşdirmiş və sığorta bazarının tələblərinə uyğun olaraq inkişaf etdirmişdir. Hal-hazırda şirkət 30-dan artıq sığorta növünü əhatə edən məhsul portfeli ilə ölkənin müxtəlif regionlarında sığorta xidmətlərinin əlçatanlığını təmin edir.

Chosen
9
2
fed.az

3Sources