AZ

Padel Kubokunun iştirakçıları “Atəşgah” Sığorta Şirkəti tərəfindən sığortalandı

ain.az bildirir, Qafqazinfo portalına istinadən.

Azərbaycan Tennis və Padel Federasiyasının təşkilatçılığı ilə “Crocus Fıtness Sea Breeze” Beynəlxalq Padel Kuboku start götürüb.

“Qafqazinfo” xəbər verir ki, ilk yarış avqustun 1-dən 3-ə qədər, ikinci turnir isə 5-dən 7-ədək davam edəcək. Beynəlxalq mübarizədə Azərbaycanla yanaşı İtaliya, Moldova, Türkiyə, Gürcüstan, Latviya, Sudan, Ukrayna, İsrail, Qazaxıstandan olan idmançılar iştirak edəcək. Yarışın əsas məqsədi Azərbaycanda padel idman növünün təbliğatı və beynəlxalq səviyyədə tanınmasıdır.

İştirakçıların sağlamlığı və təhlükəsizliyi yarış təşkilatçıları üçün prioritet olaraq qəbul edildiyi üçün, Azərbaycan Tennis və Padel Federasiyası bu sahədə xüsusi tədbirlər görüb. Turnir müddətində iştirakçılar "Atəşgah" Sığorta Şirkəti tərəfindən müxtəlif risklərə qarşı sığortalanıb. Sığorta risklərinə iştirakçıların bədbəxt hadisə,  əlillik, sınıqlar, tibbi xərclər və əlavə olaraq, üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası da daxildir. Bu geniş və əhatəli sığorta təminatı idmançıların həm fiziki, həm də maliyyə baxımından qorunmasını təmin etməklə yarışın təhlükəsiz və problemsiz keçməsinə kömək edəcək.

28 ildən artıqdır ki, sığorta sahəsində dayanıqlı fəaliyyəti ilə seçilən şirkət, sığorta xidmətlərinin keyfiyyətini davamlı olaraq təkmilləşdirmiş və sığorta bazarının tələblərinə uyğun olaraq inkişaf etdirib. Hal-hazırda şirkət 30-dan artıq sığorta növünü əhatə edən məhsul portfeli ilə ölkənin müxtəlif regionlarında sığorta xidmətlərinin əlçatanlığını təmin edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
2
qafqazinfo.az

3Mənbələr