EN

Hacıqabulda təcili yardım maşını qəzaya uğrayıb, polis ölüb, həkim və sürücü xəsarət alıb - YENİLƏNİB-1

Avqustun 1-də saat 07:30 radələrində Hacıqabul rayon Nəvahi qəsəbəsi ərazisində baş verən yol nəqliyyat hadisəsi səbəbi ilə 2 nəfər (kişi) Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

TƏBİB APA-nın sorğusuna cavab olaraq bildirib ki, onlardan 1965-ci il təvəllüdlü şəxsə açıq kəllə beyin travması, ağır dərəcəli baş-beyin əzilməsi, bud sümüyünün sınığı, komatoz vəziyyət, 1971-ci il təvəllüdlü şəxsə isə qapalı kəllə beyin travması, döş qəfəsinin küt travması diaqnozu təyin edilib.
Hər iki yaralı tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyətləri ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisə yerində 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

Gülcahan Məmmədova

***

09.31

Hacıqabulda təcili yardım maşının qəza etməsi nəticəsində ölən və yaralılar var.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Nəvahi kəndindən keçən hissəsində qeydə alınıb.

Füzuli rayonunun Böyük Bəhmənli kənd sakini, 1971-ci il təvəllüdlü Həmzəyev Namiq Marif oğlunun idarə etdiyi təcili yardım maşınının dəmir səddə çırpılması nəticəsində Füzuli rayon sakini, 1993-cü il təvəllüdlü Rəsul Qurbanlı ölüb, sürücü və həkim Füzuli rayonunun Araz Dilağarda kənd sakini, 1965-ci il təvəllüdlü Quliyev Əliağa Təhməz oğlu müxtəlif xəsarətlərlə Şirvan xəstəxanasıa yerləşdirlib.

Qəzada ölən Rəsul Qurbanlının Füzuli rayon Polis Şöbəsinin əməkdaşı olduğu bildirilir.

Qeyd edək ki, Füzuli xəstəxanasının təcili yardım maşını Bakıya xəstə aparıb geri qayıdarkən qəzaya düşüb.

Faktla bağlı araşdırma aparılır.

***

07:40

Hacıqabulda təcili yardım maşını qəzaya uğrayıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Hacıqabul rayonunun Nəvahi kəndindən keçən hissəsində baş verib.

Təcili yardım maşınının dəmir səddə çırpılması nəticəsində bir nəfər ölüb, iki nəfər isə ağır vəziyyətdə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hacıqabulda Hacıqabulda
Chosen
57
1
apa.az

10Sources