AZ

Hacıqabulda təcili yardım maşını qəzaya uğrayıb, polis ölüb, həkim və sürücü xəsarət alıb - YENİLƏNİB

Hacıqabulda təcili yardım maşının qəza etməsi nəticəsində ölən və yaralılar var.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Nəvahi kəndindən keçən hissəsində qeydə alınıb.

Füzuli rayonunun Böyük Bəhmənli kənd sakini, 1971-ci il təvəllüdlü Həmzəyev Namiq Marif oğlunun idarə etdiyi təcili yardım maşınının dəmir səddə çırpılması nəticəsində Füzuli rayon sakini, 1993-cü il təvəllüdlü Rəsul Qurbanlı ölüb, sürücü və həkim Füzuli rayonunun Araz Dilağarda kənd sakini, 1965-ci il təvəllüdlü Quliyev Əliağa Təhməz oğlu müxtəlif xəsarətlərlə Şirvan xəstəxanasıa yerləşdirlib.

Qəzada ölın Rəsul Qurbanlının Füzuli rayon Polis Şöbəsinin əməkdaşı olduğu bildirilir.

Qeyd edək ki, Füzuli xəstəxanasının təcili yardım maşını Bakıya xəstə aparıb geri qayıdarkən qəzaya düşüb.

Faktla bağlı araşdırma aparılır.

***

07:40

Hacıqabulda təcili yardım maşını qəzaya uğrayıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Hacıqabul rayonunun Nəvahi kəndindən keçən hissəsində baş verib.

Təcili yardım maşınının dəmir səddə çırpılması nəticəsində bir nəfər ölüb, iki nəfər isə ağır vəziyyətdə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hacıqabulda Hacıqabulda
Seçilən
41
3
apa.az

10Mənbələr