EN

Azərbaycanlı hakim ÇFR - "Braqa"nın oyununu idarə edəcək

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.

Operativ Media xəbər verir ki, o, Rumıniyada ÇFR və Portuqaliyanın “Braqa” komandaları arasında keçiriləcək 3-cü təsnifat mərhələsinin ilk matçını idarə edəcək.

Ədalət təmsilçisinə Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. VAR-da ispan Sezar Soto Qrado, AVAR-da Alexandro Munyis Ruis əyləşəcək.

Avqustun 7-də baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Chosen
72
12
operativmedia.az

10Sources