Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının III təsnifat mərhələsinin oyununa təyinat alıb. SİA xəbər verir ki, o, Rumıniyada ÇFR və Portuqaliyanın "Braqa" komandaları arasında keçiriləcək ilk matçı idarə edəcək.
Ədalət təmsilçisinə Elşad Abdullayev və Pərvin Talıbov kömək göstərəcək. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. VAR-da ispan Sezar Soto Qrado, AVAR-da Alexandro Munyis Ruis əyləşəcək.
Qeyd edək ki, qarşılaşma avqustun 7-də, Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.