EN

"Sabah"ın "Levski" ilə oyunlarının hakimləri

"Sabah"ın Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin "Levski" (Bolqarıstan) ilə keçirəcəyi oyunların hakimləri bəlli olub.

"Football-plus.az" xəbər verir ki, ilk matçı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.Oyunun baş hakimiDuje Strukan olavaq. Ona yan xətdə Alen Jakšić və Marjan Tomas kömək edəcək. Dördüncü hakim funksiyasını Ante Terziç yerinə yetirəcək. VAR hakimi Mario Zebec, VAR hakiminin köməkçisi isə Ante Culjak əyləşəcək.

Cavab qarşılaşması isə Ukraynadan olan hakimlər briqadasına tapşırılıb. Referi Mikola Balakinə yan xətt hakimləri kimi Oleksandr Berkut və Viktor Matyaş kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vitali Romanov yerinə yetirəcək. VAR hakimi Oleksiy Derevinskiyə, VAR hakiminin köməkçisi isə Klim Zabrodaya həvalə olunub.

Xatırladaq ki, avqustun 7-də Sofiyada keçiriləcək "Levski" - "Sabah" oyunu Bakı vaxtı ilə saat 22.00-da start götürəcək. Cavab qarşılaşması avqustun 14-də Bakıda olacaq və saat 20.00-da başlayacaq.

Chosen
38
1
football-plus.az

4Sources