"Sabah"ın UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin "Levski" (Bolqarıstan) ilə keçirəcəyi oyunların hakimləri bəlli olub.
QOL.az UEFA-nın saytına istinadən xəbər verir ki, ilk matçı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Duje Strukan olavaq. Ona yan xətdə Alen Jakšić və Marjan Tomas kömək edəcək. Dördüncü hakim funksiyasını Ante Terzić yerinə yetirəcək. VAR-da Mario Zebec, AVAR-da Ante Culjak əyləşəcək.
Cavab qarşılaşması isə Ukraynadan olan hakimlər briqadasına tapşırılıb. Referi Mikola Balakinə yan xətt hakimləri kimi Oleksandr Berkut və Viktor Matyaş kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vitali Romanov yerinə yetirəcək. VAR Oleksiy Derevinskiyə, AVAR isə Klim Zabrodaya həvalə olunub.
Qeyd edək ki, avqustun 7-də Sofiyada keçiriləcək "Levski" - "Sabah" oyunu Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab qarşılaşması avqustun 14-də Bakıda olacaq və saat 20:00-da başlayacaq.