EN

Azərbaycanda sabiq polis qəza törətdi, həbs olundu

Avqustun 1-də gecə saatlarında Ağstafa rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətininin regional qrupundan Hurriyyet.az-a bildirilib ki, qəzada xəsarət alan, 2004-cü il təvəllüdlü rayon sakini Elgün Valeh oğlu Fəziyev xəstəxanaya aparılarkən yolda vəfat edib.

Ağstafa RPŞ əməkdaşları tərəfindən hadisəni törədən, etibarnamə olmadan, başqasına məxsus “Mersedes” avtomobli idarə edən rayon sakini, əvvəllər polis nəfəri kimi Daxili İşlər Orqanlarından mənfi motivlərə görə xaric olunan 38 yaşlı Elvin Əliyev saxlanılaraq həbs edilib.

Fakta görə cinayət işi başlanılaraq istintaq tədbirləri davam etdirilir.

Chosen
10
21
hurriyyet.az

10Sources