AZ

Ağstafada əsgərlikdən yeni gələn gənci vuran şəxslə bağlı DETALLAR - Başqasının maşını ilə...

Avqustun 1-də gecə saatlarında Ağstafa rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətininin regional qrupundan Bizim.Media-ya bildirilib ki, qəzada xəsarət alan, 2004-cü il təvəllüdlü rayon sakini Elgün Valeh oğlu Fəziyev xəstəxanaya aparılarkən yolda vəfat edib.
 

Ağstafa RPŞ əməkdaşları tərəfindən hadisəni törədən, etibarnamə olmadan, başqasına məxsus “Mersedes” avtomobli idarə edən rayon sakini, əvvəllər polis nəfəri kimi daxili işlər orqanlarından mənfi motivlərə görə xaric olunan 38 yaşlı Elvin Əliyev saxlanılaraq həbs edilib.


Fakta görə cinayət işi başlanılaraq istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

Seçilən
39
21
bizim.media

10Mənbələr